"Bu barədə söhbətimiz çox olur" - Bəhlul Mustafazadə

9 Oktyabr 22:40 Milli komanda 475
"Bu barədə söhbətimiz çox olur" - Bəhlul Mustafazadə

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırıb:

"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".

- Millinin ən çox formada olan oyunçularından birisən. "Qarabağ"ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?

- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO