Milli ilə bağlı proqnoz verdi: "Növbəti dəfə xal itirmək fiasko olacaq"

9 Oktyabr 21:00 Milli komanda 380
Milli ilə bağlı proqnoz verdi: "Növbəti dəfə xal itirmək fiasko olacaq"

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu Fransaya qarşı keçirəcək.

Ağır matçdan öncə yığmamızın veteran müdafiəçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib:

"İlk öncə həm millimizə, həm də Ayxan Abbasova uğurlar arzulayıram.

Bizi iki çətin oyun gözləyir. Xüsusilə ilk oyunda Fransanın rəqib olmasını qeyd etmək olar.

Oyun səfərdə keçiriləcək. Fransanın gücü bəllidir. Dünyanın 3 güclü millisindən biridir. Heyətindən hər mövqedə ulduzlar çıxış edir. Bizi çətin oyun gözləyir.

Təbii ki, burada xal qazanmağımızdan söhbət gedə bilməz. Hə, futboldu, hər şey ola bilər. Amma çox çətindir.

Vacib olan odur ki, uşaqlar meydanda çəkinməsin. Əzmkarlıq göstərsin, mübarizə aparsın.

Əsas odur ki, meydançadan çıxanda biz hər şey etdik, ancaq rəqib çox güclü idi deyə biləsən. 100% yox, 120% gücünü meydanda qoymalısan.

Fiziki baxımdan çətinliklər olacaq. Rəqibin oyunçuları top liqalarda çıxış edirlər. Bizim heyətdə isə "Qarabağ"ın oyunçuları xaric digərləri çox az hallarda belə matçlar görür.

3 gündən bir olacaq oyunların tempinə nə dərəcədə dözəcəyimiz sual doğurur.

Ayxan Abbasovun hazırlaşacağı taktika ilə verəcəyi tapşırıqları futbolçuların nə dərəcədə icra edə biləcəyi önəmli olacaq".

Təcrübəli mütəxəssis 3 gün sonra Ukrayna yığmasına qarşı keçirəcəyimiz matça da toxunub:

"Ukrayna ilə Bakıda bərabərlik əldə etmişdik. Tanış rəqibdir, oyunçularını tanıyırıq.

Çətin rəqibdir, amma xal götürmək olar. Rəqibin Bakıdakı xal itkisi onlara mənfi təsir göstərəcək.

Nəzərə alaq ki, Ukrayna və İslandiya ikinci yer üçün mübarizə aparacaq.

Növbəti dəfə xal itirmək fiasko olacaq. Rebrovun komandası belədə meydana ancaq qələbə üçün çıxacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!