
Azərbaycan yığması Dünya Çempionatında növbəti görüşünə çıxacaq.
Rəqib dünya nəhəngi Fransadır.
Bu komandanın futbol tariximizdə yeri heç də xoş xatirələrlə əks olunmayıb.
Ki, tariximizin ən məğlubiyyətini Plantinin həmvətənlilərindən almışıq.
1995-ci ilə təsadüf edən həmin görüşdə 0:10 hesablı ağır nəticə qeydə alınıb.
Və "Oser faciəsi" kimi yaddaşlara həkk olunub.
Parisdə baş tutacaq qarşılaşmadan öncə futbol ictimaiyyətində nəticənin təkrarlanması ehtimalı ciddi narahatlıq yaradır.
Həqiqətən, eyni ssenari təkrarlana bilərmi?
Sportinfo.az-a açıqlama verən 1995-ci ildəki görüşün iştirakçısı olmuş Arif Əsədov neqativ proqnozu yaxın buraxmadı:
"Oser faciəsinin yaşanacağını düşünmürəm.
Aradan uzun illər keçib. Həmin qarşılaşmada gedişat elə məcraya keçdi ki, fərdi səhvlər bir-birini əvəzlədi və nəticədə belə hesab qeydə alındı.
O vaxt millimiz bu cür tempdə oynamamışdı. İlk dəfə idi bunu yaşayırdıq.
Top daim meydanda qalırdı, sürət yüksək həddə idi.
Bizim fiziki durum ən böyük problem idi. Çempionatımız aşağı səviyyədə idi. Meydançalarımız indiki kimi deyildi.
İlk dəfə sulanan meydanda oyuna çıxırdıq. Topun sürəti başqa idi. Amma indi futbolçularımız böyük təcrübəyə sahibdir.
İstər "Qarabağ", istərsə də digər klublarda Beynəlxalq oyunlar görüblər. Düşünmürəm ki, eyni faciəsi təkrar olunsun".
Veteran müdafiəçi "Mümkünsüz görünsə də, içinizdə bir qisas hissi varmı" sualına səmimi cavab verib:
"Təbii ki, qisas hissi hər zaman var. Çox istərdik ki, millimiz oradan xalla qayıdaraq "Oser faciəsi"nin əvəzini çıxmış olsun".
XANOĞLAN