
FİFA 2026–2030-cu illərdə kişilərdən ibarət milli komandalar üçün beynəlxalq oyun təqvimində dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, yerli liqalarda millinin oyunlarına görə sentyabr-oktyabr aylarında yaranan fasilələr birləşdirilib.
Artıq iki ayrı fasilə əvəzinə sentyabrın sonlarından oktyabrın əvvəlinə qədər davam edəcək vahid beynəlxalq fasilə olacaq. Bu müddətdə komandalar dörd oyunadək keçirə biləcəklər.
Nəticədə ölkə liqalarında, o cümlədən Azərbaycan liqasında 21 sentyabrdan etibarən təxminən üç həftə fasilə yaranacaq.
Hazırda sentyabr-oktyabrda ayrı-ayrı 2 beynəlxalq fasilə mövcuddur. Fasilələr biri sentyabrın ilk tam həftəsində, digəri isə oktyabrın ikinci tam həftəsində başlayır.
Hər milli komanda bu fasilələrdə maksimum iki oyun keçirə bilir.