
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Sportinfo.az xəbər verir ki, kollektiv Ayxan Abbasovun baş məşqçiliyi altında dünən Mərdəkandakı "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.
Komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.
Məşqdə şəkilləri təqdim edirik.
Şəkillər: AFFA-nın mətbuat xidməti