
21 yaşadək futbolçulardan ibarət milli qarşıdakı günlərdə iki rəsmi oyn keçirəcək.
Komanda oktyabrın 10-14-ü aralığında Çexiya və Şotlandiya ilə qarşılacaq.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq bu oyunlara yığmanı Rəşad Eyubov çıxaracaq. AFFA-nın ötən həftəsonu müvəqqəti olaraq U-21-in sükanı arxasına gətirdiyi çalışdırıcı qeyri-rəsmi şəkildə işini görəcək.
Federasiya UEFA-ya göndərdiyi iştirak sənədində onun adını baş məşqçi kimi qeyd etməyib. Buna səbəb Eyubovun yalnız «B» kateqoriyasına malik olmasıdır.
Millinin başında rəsmən dayanması üçün gənc mütəxəssis mütləq «A» kateqoriyasına yiyələnməlidir. Hansı ki, o, hazırda bu dərəcəyə aid modullarda iştirak edir.
AFFA bu səbəbdən Eyubovun əsas köməkçisi Fərid Namazovu UEFA-ya U-21-in sükançısı kimi təqdim eləyib.
SPORTİNFO.AZ