“Trabzonspor”lu Azərbaycan millisi ilə oyunu buraxacaq

7 Oktyabr 2025 01:00 Milli komanda 490
“Trabzonspor”lu Azərbaycan millisi ilə oyunu buraxacaq

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycanla qarşılaşacaq Ukrayna millisinin heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, “Trabzonspor”da çıxış edən Oleksandr Zubkov zədə səbəbindən millidən kənarlaşdırılıb.

Bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin əvəzinə heyətə “Şaxtyor”dan Oleq Oçeretko dəvət alıb.

Ukrayna millisi oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycanla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti