Milliyə müvəqqəti gələn: “Cəsarətli çıxış etmək bizim üçün vacibdir”

6 Oktyabr 22:43 Milli komanda 123
Milliyə müvəqqəti gələn:  “Cəsarətli çıxış etmək bizim üçün vacibdir”

Azərbaycanın U-21 millisinin müvəqqəti yeni baş məşqçisi Rəşad Eyyubov AFFA-nın mətbuat xidmətinə açıqlanma verib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qarşıdakı rəsmi matçlarla bağlı fikirlərini bölüşüb:

“Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə, mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir.

Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər.

Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.

B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu