İspaniya klubundan Azərbaycan yığmasına çağırıldılar

13 Avqust 03:00 Milli komanda 498
İspaniya klubundan Azərbaycan yığmasına çağırıldılar

Azərbaycan U-17 millisi 12-16 avqust tarixlərində Bakıda, 17-22 avqust tarixlərində isə Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq.

Sportinfo.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoxlama görüşü keçirməsi planlaşdırılır.

Artıq bu toplanış üçün millinin ilkin heyəti də açıqlanıb:

Ramal Qəmbərov, Kamil Həsənov, Səttar Tahirzadə, Muhamməd Çodarov, Atacan Məmmədov, Əli Kiçibəyov, Abbas Zeynalov, Adnan Bunyatov, Rəsul Balakişiyev, Pünhan Kərimov ("Marcet"), Nurəziz Əzizov, Ruslan Quliyev, Ismayıl Səfərli, Nurlan Mələkov, Ramin Abiyev ("Neftçi"), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Samir Şərifov ("Sabah"), Uğur Qurbanlı, Amin Rzayev, Onur Əliyev, Əli Bəşirov ("Qarabağ"), Mehdi Hüseyn ("Sumqayıt").

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu