“Onu tezliklə əsas millidə görə biləcəyik”

12 Avqust 02:10 Milli komanda 670
“Onu tezliklə əsas millidə görə biləcəyik”

Kiyev “Dinamo”sunun futbolçusu Taras Mixavko DÇ-2026-nın seçmə mərhələsində Fransa və Azərbaycanla keçiriləcək oyunlar üçün ilk dəfə Ukrayna yığmasına çağırıla bilər.

Sportinfo.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov açıqlayıb.

Təcrübəli mütəxəssis 20 yaşlı mərkəz müdafiəçisinə tezliklə A millidə debüt şansı verəcəyini istisna etməyib:

“Mixavkonun U-19-da necə oynadığını xatırlayıram. Millinin məşqçiləri ilə daim ünsiyyətdəyəm.

Onlar deyirlər ki, Mixavko meydanda maksimumunu verir. Onun istəyini görürük, hətta sol cinahda da oynayır.

Liderlik keyfiyyətlərini U-19-da gördüm. Əminəm ki, onu tezliklə əsas millidə görə biləcəyik”.

Sentyabrın 5-də Polşada Fransa yığmasını qəbul edəcək Ukrayna seçməsi dörd gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu