Maraqlı qərar - Komandamızla oyunlara U-21-dən futbolçular çağıracaq

02:50 Milli komanda 264
Maraqlı qərar - Komandamızla oyunlara U-21-dən futbolçular çağıracaq

Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov dünya çempionatının seçmə oyunları üçün komandaya U-21 millisindən futbolçular cəlb edəcək.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.

O, gənclərin əsas heyətdə özlərini sübut etməli olduğunu söyləyib:

“Sizi əmin edirəm ki, əsas millidə U-21-dən oyunçular olacaq. İnanıram ki, onlar komandada debüt etməyə hazırdılar“.

Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, Fransa və İslandiya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti