
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna və Fransa yığmaları sentyabrın 5-də I tur çərçivəsində üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, Ukraynadakı hərbi gərginliklə əlaqədar Polşada keçiriləcək qarşılaşma üçün biletlər tezliklə satışa çıxarılacaq.
Vrotslavdakı “Tarçinski Arena”da təşkil olunacaq görüşün bilet satışından əldə ediləcək gəlir isə döyüş bölgəsində olanlar üçün ianə ediləcək.
Ukrayna Futbol Assosiasiyası Azərbaycan və İslandiya ilə ev oyunlarında da eyni jesti etmək niyyətindədir. Ukraunalılar qrupdakı bütün ev matçlarını eyni arenada keçirməyi planlaşdırır.
Sentyabrın 5-də Ukrayna – Fransa və İslandiya – Azərbaycan oyunları keçiriləcək.