
Milli komandaların DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək oyunlardan sonrakı təxmini FIFA reytinqləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, siyahı qarşıdakı bütün matçların gözlənildiyi kimi nəticələnəcəyinə əsasən hazırlanıb.
Proqnoza əsasən, Azərbaycan millisi bu ilin sonuna qədər geriləməkdə davam edəcək. Belə ki, millimizin noyabrda 129-cu sırada qərarlaşması ehtimal olunur.
Proqnozlar özünü doğrultsa, hazırda 122-ci olan Azərbaycan ilin sonuna qədər daha 7 pillə geriləyəcək. Həmin vaxt isə reytinq əmsalımız 1120.98 olacaq.
Bunun baş verməməsi üçün Fernandu Santuşun yetirmələri DÇ-2026-nın seçmə mərhələsində sürpriz nəticələrə imza atmalı, Fransa, Ukrayna və İslandiya ilə birgə yer aldığı qrupda aktivinə xallar yazdırmalıdır.
Təxmini reytinqə görə, ilin son reytinqində Argentina 1-ci, İspaniya 2-ci, yığmamızın rəqibi Fransa isə 3-cü pillədə qərarlaşacaq.