
DÇ-2026-nın seçmə mərhələsi ilə bağlı araşdırma aparılıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı D qrupu da dəyərləndirilib.
Mütəxəssislər bu qrupun aşkar favoriti qismində vitse-çempion Fransanı görürlər. Fransızların qrup birincisi kimi final mərhələsinə vəsiqə qazanacağına şübhə yoxdur.
Azərbaycan yığması isə autsayder qismində görünür. Əsasən Ukrayna və İslandiyanın ikinci yer uğrunda mübarizə aparması gözlənilir.
Heyət baxımından ukraynalılar daha güclü hesab olunsa da, komandanın ev oyunlarını Polşada keçirməsi İslandiyanın işinə yaraya bilər.
Seçmə mərhələnin ilk turu çərçivəsində sentyabrın 5-də Azərbaycan İslandiyanın, Fransa isə Ukraynanın qonağı olacaq.