.jpg)
Əvəzedicilər Liqasında çıxış edəcək futbolçular gənclər yığmasına (U-21) dəvət olunmayacaq.
Millinin baş məşqçisi Ayxan Abbasov bununla bağlı oyunçuların özünə xəbərdarlıq eləyib.
U-21-ə namizədlərlə toplantı keçirən mütəxəssis onlara məsləhət verib. Martdan bəri komandanın başında dayanan Abbasov bildirib ki, növbəti msövsümdən «dubllar»ın yarışında forma geyinənləri bura çağırmayacaq.
O, bunu Əvəzedicilər Liqasının səviyyəsinin aşağı olmasıyla əlaqələndirib.
Diqqətə çatdırıb ki, kimin şansı yaranarsa, Premyer Liqaya üz tutsun. Elitadan təklif almayanlar isə özünü I Liqada göstərməyə çalışmalıdır.
Məşqçilik bacarığını çoxdan sübut eləmiş Abbasov «Difai»ni misal göstərib, qeyd edib ki, gənclərə üstünlük verən I Liqa təmsilçiləri onlar üçün tramplin rolunu oynaya bilər.
SPORTİNFO.AZ