“Bu problemləri aradan qaldırmasaq, seçmə mərhələndə çox problem yaşayacağıq”

00:50 Milli komanda 85
“Bu problemləri aradan qaldırmasaq, seçmə mərhələndə çox problem yaşayacağıq”

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında problemlər getdikcə böyüyür.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, azarkeşlərlə yanaşı, mütəxəssislər də komandanın oyunundan və nəticələrindən məmnun deyillər.

Növbəti narazılıq yığmanın sabiq məşqçisi Aleksandr Xatskeviçdən gəlib. O, xüsusən də müdafiə xəttindəki çatışmazlıqların davam etməsindən gileylənib:

“Rebrov rəqəmlərə çox önəm verir. Kanada (2:4) və Yeni Zelandiya (2:1) ilə oyunları analiz etsək, Ukraynanın standart vəziyyətlərdən sonra hələ də ciddi problemləri var.

Yenə də künc zərbələrindən sonra qollar buraxılır. Rebrov düzgün nəticələr çıxarmalı və bu çatışmazlıqları aradan qaldırmağa çalışmalıdır.

Əks təqdirdə, dünya çempionatının seçmə mərhələsində çox problem yaşayacağıq. Çünki oradakı rəqiblər və oyunların səviyyəsi ilə yoldaşlıq görüşlərini müqayisə etmək olmaz”.

Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində ilk oyunlarını sentyabrın 5-də evdə Fransa, 9-da isə səfərdə Azərbaycan millisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti