Millimizin yeni rəqibi var

14 İyun 2025 02:00 Milli komanda 846
Millimizin yeni rəqibi var

16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.

Aqil Nəbiyevin komandası iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi