
Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımov minifutbol üzrə dünya çempionatında finala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
Sportinfo.az xəbər verir ki, o, bunu Monteneqro ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qolkiper qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Çempion olmaq üçün 1 oyun qalıb. Qələbədən başqa bir şey düşünmürük.
İngiltərə ilə matçdan sonra komandada bir az yorğunluq var idi. Bununla belə, işimizin öhdəsindən layiqincə gəldik.
Qol vurmaq çox gözəl hissdir. Əsas odur ki, millimiz qalib gəlsin. Hər birimiz bunun üçün çalışırıq".
Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.