Stadionun icarəsi ilə bağlı sənədlər imzalansa... Millimiz burada meydana çıxacaq

28 May 23:20 Milli komanda 290
Stadionun icarəsi ilə bağlı sənədlər imzalansa... Millimiz burada meydana çıxacaq

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibi olan Ukrayna ev oyunlarını Polşada keçirə bilər.

Sportinfo.az "Tribuna.com" portalına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası üçün prioritet Vrotslavdakı “Tarçinski Arena” stadionudur.

Bildirilir ki, bu variant artıq UAF İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib, lakin stadionun icarəsi ilə bağlı sənədlər hələ imzalanmayıb.

Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən öz vətənində rəqiblərini qəbul edə bilmir. Ukrayna - Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti