
"Millimizin məşqçisi onu çox bəyənir".
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayev "Səbail"in qapıçısı Əlirza Müştəbəzadədən danışıb.
O bildirib ki, Fernandu Santuşun qapıçılar üzrə köməkçisi gənc kiperin potensialını yüksək qiymətləndirir.
Tanınmış telejurnalistin sözlərinə görə, "Neftçi"nin yetirməsi tezliklə ölkənin əsas komandasının "1 nömrə"si ola bilər.
Bunun üçün 24 yaşlı "əlcək sahibi"nin Premyer Liqada çıxış etməsi lazımdır.
Rzayevin dediyinə görə, Əlirza I Liqaya getməyib elitada özünə yeni komanda taparsa və sabit oyun praktikası qazanarsa, portuqaliyalı mütəxəssis onu yığmaya çağıracaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN