
Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz üçüncü görüşündə Litva ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri Avropa Superfinalına vəsiqə qazanıblar.
Millimiz sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Millimiz qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.