“Bu, bizim üçün ikiqat çətindir, heç kim bizə qarşı…”

26 May 2025 02:10 Milli komanda 516
“Bu, bizim üçün ikiqat çətindir, heç kim bizə qarşı…”

“Öncə bizə dəstək olan xalqımıza təşəkkür edirəm.

Azarkeşlər sona kimi bizə dəstək oldular, onların da sayəsində qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev dünya çempionatının qrup mərhələsinin son turunda Mavritaniyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandasının yaxşı oyun sərgilədiyini bildirib:

“Sona qədər çalışdıq ki, rəqibin müdafiəsini yaraq. İstəyimizə yalnız sona yaxın çatdıq.

Komandamı təbrik edirəm. Çox yaxşı oyun sərgilədik”.

O, millimizin işinin ikiqat çətin olduğunu vurğulayıb:

“Hər oyun digərindən çətin keçir. Çünki rəqiblər də komandamızı analiz edirlər.

Heç bir rəqib bizimlə açıq futbol oynamır. Hamısı müdafiədən oynayırlar. Bu da bizim üçün ikiqat çətin olur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti