Yığmamız Belçikaya “divan” tutdu” - Avropa çempionatında

02:30 Milli komanda 76
Yığmamız Belçikaya “divan” tutdu” - Avropa çempionatında

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Komandamız ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Millimiz qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti