Millimizin kapitanı: “Artıq hər şey istədiyimiz kimi gedir”

24 May 19:20 Milli komanda 142
Millimizin kapitanı: “Artıq hər şey istədiyimiz kimi gedir”

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.

Sportinfo.az xəbər verir ki, futbolçu bunu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Ev sahibi olmağımıza baxmayaraq, ilk oyunda meydana öyrəşə bilmədiyimiz üçün qələbəni əldən verdik.

Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə bütün Azərbaycan xalqını təbrik edirəm".

Azərbaycan yığması A qrupundakı ikinci görüşündə Sloveniyaya 4:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti