Millimiz İngiltərəni məğlub etdi, AÇ-yə qələbə ilə başladı

24 May 2025 02:30 Milli komanda 594
Millimiz İngiltərəni məğlub etdi, AÇ-yə qələbə ilə başladı

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun çalışdırdığı millimizi 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.

Azərbaycan qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcə

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...