
Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatın qrup mərhələsinin II turunun matçına çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Sloveniyanı sınağa çəkib. İki gün əvvəl Bəhreynlə qollu heç-heçə (1:1) edən millimiz ilk qələbəsini qazanıb.
Komandamız rəqibini 4:0 hesabı ilə məğlub edib. Millimiz qrupda lider mövqeyinə yüksəlib.
Qrupun digər matçında Mavritaniya və Bəhreyn üz-üzə gəlib. Qarşılaşma afrikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz qrupdakı son oyununu mayın 25-də Mavritaniyaya qarşı keçirəcək.
Sloveniya – Azərbaycan 0:4
Qollar: Elvin Əlizadə 8, Mirmehti Rzayev 10, Xətai Bağırov 24, Kamran Abdullazadə 39
Azərbaycan millisi: Ağaseyid Qasımov, Vəli Qafarov - Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazade, Elvin Əlizadə, Məhəmməd Xəlilov, Ramiz Çovdarov
1 |
Azərbaycan |
2 |
1 |
1 |
0 |
5-1 |
4 |
2 |
Mavritaniya |
2 |
1 |
1 |
0 |
3-1 |
4 |
3 |
Bəhreyn |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
4 |
Sloveniya |
2 |
0 |
1 |
1 |
1-5 |
1 |