Azərbaycan yığmasına fakir verən yoxdur - Onsuz da, udacağıq…

01:20 Milli komanda 272
Azərbaycan yığmasına fakir verən yoxdur - Onsuz da, udacağıq…

Ukrayna mətbuatı millinin DÇ-2026-nın seçmə mərhələsi ilə bağlı sorğu keçirib.

Sportinfo.az xəbər verir ki, səsvermədə həm azarkeşlər, həm də futbol mütəxəssisləri iştirak edib.

Əksəriyyət Ukrayna yığmasını yer aldığı D qrupunun favoritləri qismində görür.

Qrupda Fransa kimi güclü komanda olmasına baxmayaraq, ukraynalılar millilərinin qrup birinciliyi uğrunda mübarizə aparmaq iqtidarında olduğunu düşünür.

Xüsusən də mütəxəssislər İslandiya və Azərbaycanla matçları nəzərdən keçirmirlər.

Onlar qrupda özlərinə yeganə rəqibin Fransa olduğunu hesab edirlər. Hətta ev oyunlarını başqa ölkədə keçirmək də sorğuda iştirak edənlərin qərarına təsir etməyib.

Sentyabrın 5-də Fransanı qəbul edəcək Ukrayna yığması 4 gün sonra millimizin qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!