Belarus - Azərbaycan oyununun vaxtı və yeri bilindi

02:30 Milli komanda 124
Belarus - Azərbaycan oyununun vaxtı və yeri bilindi

Azərbaycan U-21 millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...