
"İnanırıq ki, mundialın sonunda çempionluq sevinci yaşayacağıq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin futbolçusu Mirmehdi Rzayev Bakıda keçirilən dünya çempionatında Bəhreynlə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Oyunçu bərabərliklə başa çatan qarşılaşmanı şərh edib:
"Əsas hədəfimiz qrupdan çıxmaqdır. Bu görüşdə bəxtimiz gətirmədi.
Əlimizə düşən qol fürsətlərindən yararlana bilmədik. Bu meydançada çox məşq etmək imkanımız olmayıb.
Rəqib komandanın bəxti gətirdi. Oyunboyu üstün olan tərəf biz idik.
Təəssüflər olsun ki, ani səhvdən qapımızda qol gördük. İnanırıq ki, mundialın sonunda çempionluq sevinci yaşayacağıq.
Azarkeşlərimizə bizə verdikləri dəstəyə görə öz təşəkkürümü bildirirəm. Onlar bu gün möhtəşəm idilər".
A qrupunun görüşündə yığma Bəhreynlə heç-heçəyə razılaşıb - 1:1.