"Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli tip komandadır"

22 May 2025 00:40 Milli komanda 566
"Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli tip komandadır"

Macarıstan komandasının baş məşqçisi Marko Rossi İsveç (6 iyun) və Azərbaycana (10 iyun) qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına açıqlama verən italiyalı mütəxəssis bu cür danışıb:

"Hər iki rəqibin üslubu fərqlidir. İsveç millisi yüksək liqalardan çoxlu oyunçuların yer aldığı çox güclü komandadır.

Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli tip komandadır. Bununla belə, evdə yaxşı oynayırlar.

Təbii ki, ikinci komandaya qarşı əmsallar xeyrimizə olmasa da, İsveçlə matçda olduğu kimi, məqsədimiz qələbə qazanmaqdır".

Azərbaycan - Macarıstan oyunu Bakıdakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti