Bizə uzaq yerdən gəlmirlər - Macarıstanla matç üçün

22 May 2025 01:00 Milli komanda 441
Bizə uzaq yerdən gəlmirlər - Macarıstanla matç üçün

Azərbaycan millisinin Macarıstan ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Şimusik olacaq. Ona yan xətdə Sergey Kasavets və Anton Qusev köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Cavid Cəlilov yerinə yetirəcək.

Azərbaycan - Macarıstan oyunu iyunun 10-da Mərdəkandakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti