
Rusiya klubunun futbolçusu Sadiq Baqıyev Azərbaycan yığmasına cəlb ediləcək.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “SKA-Xabarovsk”da çıxış edən 21 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasının növbəti toplanışına cəlb ediləcək.
Belə ki, Ayxan Abbasov onu sərəncamında görmək istəyib. Baqiyev “Kuban”, “Spartak” (Tambov) və “Kuban-Holdinq”də oynadıqdan sonra 2024-cü il sentyabr ayında “SKA-Xabarovsk”la 3 illik müqavilə imzalayıb.