
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026 ilə bağlı hədəflərini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ehtiyatlı danışıb.
O, indidən mundial yox, ora vəsiqə barədə düşündüklərini söyləyib:
“Dünya çempionu olmaq barədə deyil, final mərhələsinə vəsiqə qazanmaq haqqında düşünürük. İlk hədəfimiz seçmə mərhələdə qrup birincisi olmaqdır.
Addımları ardıcıllıqla atacağıq. Təmkinlə mübarizə aparacaq və intizamdan qopmayacağıq.
Sentyabrın əvvəlində iki böyük oyunumuz var. Futbolçu kimi 1994-cü ildə ABŞ-dakı dünya çempionatına gedə bilməmişdim.
Bu arzumu məşqçi qismində reallaşdırmağa çalışacağam”.
Fransa millisi yer aldığı D qrupunda Ukrayna, İslandiya və Azərbaycan yığmaları ilə qarşılaşacaq. Millimiz fransızlarla oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə üz-üzə gələcək.