Milli komandamız AVRO-2024-ün seçmə mərhələsində üçüncü matçda da azarkeşləri göydən yerı çırpdı:
Əslində bizim zavallı azarkeş heç vaxt göylərdə olmayıb, sadəcə, Belçika, Avstriya və İsveçlə müqayisədə Estoniya qrupda yeganə rəqibimiz idi ki, ona heç olmasa,
Bakıda qalib gələcəyimizə inanırdıq və ya özümüzü inandırmışdıq.
Amma “boş söhbətlər ustası” Canni de Byazi və onun fərsiz futbolçu yığını dünya reytinqində 108-ci olan koamndaya öz meydanımızda belə, qalib gələ bilmədi.
Oyundan danışmağın mənası yoxdur. Hər şey göz qabağında idi. İlk yarıda bizim komanda meydanda yox idi, nəticədə də məniqəuyöun oldu - estonlar hesabı açdı.
Fasilədən sonra bizimkilıər bir qədər fəal oynamağa başladı, təşəbbüsə yiyələndi, nəticə də məntiqi oldu – 1:1.
Yəni, milli komanda Estoniya qarşısında 45 dəqiqə “yatıb”, 25 dəqiqə “sürünüb”, 20 dəqiqə də futbol oynadı.
Məsələ oyundansonrakı açıqlamalardadır. Məsələn, Bəhlul Mustafazadə deyib ki, “sona qədər mübarizə apardıq, şansları dəyərləndirsəydik, nəticə fərqli olardı, fikrimcə, qələbəyə layiq idik”.
Bəhlul kimi az-çox futbol oynamağı bacaran, həm “Qarabağ”da, həm millidə meydanda can qoyan bir futbolçunu hörmətdən salan bir açıqlamadır bu.
Əvvəla, siz futbolçular sona qədər, yəni, əvvəldən-axıra mübarizə aparmadız, bunu bütün Azərbaycan gördü. İlk yarıda oynadığınız futboldursa, onda bizim bu oyundan anlayışımız yoxdur.
Qol vəziyyətlərinə gəlincə, bizim nə qədər real şansımız oldusa, estonlarda ondan da artığı oldu.
Yəni, bəxt bizim üzümüzı gülmədisə, eynən rəqibin də bəxtdən şikayətlənməyə haqqı var. Və cəmi 20-25 dəqiqə normal oyun oynayıb, buna görə “biz qələbəyə layiq idik” demək ayıbdır, Bəhlul Mustafazadə.
Onda estonlar da deyə bilər ki, birinci hissədə real vəziyyətlərdən ikisini qola çevirsəydik, Azərbaycanı darmadağln edəcəkdik. Heç olmasa, danışmağı öyrənin.
Ya da heç danışmayın. Millimizin “gülməşəkər” və “dəymədüşər” baş məşqçisi Canni De Byazi isə deyəsən, Azərbaycandan özünü tamamən hörmətdən salıb gedəcək.
İtalyan oyundan əvvəl deyirdi: “Əgər oyunumuzda inkişaf hiss etmiriksə, deməli, görmək istəmirik”.
Bunu 3 oyunda qapısından 10 qol buraxan, öz meydanında Estoniyanı belə, uda bilməyən komandanın məşqçisi deyir.
Oyunsonrası mətbuat konfrasında bir neçə cəsarətli həmkarımız Byazi ilə əmməlicə polemikaya girdilər.
Baş məqşçi az qala bütün suallarda jurnalistləri haqsız çıxararaq onlara gah kəsilən ağacdan, meşədən, gah da hazır maşından misal çəkdi.
Lakin konkret izah edə bilmədi ki, komandası Estoniyanı da evdə uda bilməyib, 3 oyunda qapısından 10 qol buraxbsa, o bizim nəyimizə lazımdır?
Hamıya da ironiya ilə “sizin futbol biliyiniz budur?” atmacası ilə cavab verib. Yaxşı, hörmətsiz de Byazi, sizin də məşqçi bacarığınız budur?
Sizi bizə ürcah edənlərin AFFA-da sonuna bir neçə ay qalıb. Siz isə daha tez rədd olacaqsız.
Bu gün də gedə bilərdiz, təəssüf ki, özünəhörmət hissindən uzaqsız.
“Postumdan özüm getməyəcəm, qovsalar, gedəcəm” demək bu məşqçinin özünə də, hörmət etmədiyini göstərir. De Byaziyə nə Azərbaycan lazımdır, nə onun futbolu, nə də inkişafı..
Ona pul lazımdır, Elxan Məmmədov kimi Azərbaycan futbolunun düşməninin, AFFA İcraiyyə Komitəsindəki lazımsız adamların sayəsində o pulları da boş yerə alır.
Haramı olsun!
İndi Azərbaycan futbolu öz xalası qızı ilə elvlənən oğlana bənzəyir. Nə yaşaya bilir, nə boşaya. De Byazi ilə də nə uğur qazanmaq mümkündür, nə də qovmaq.
Qovursansa, buna görə də gərək italyana pul ödəyəsən. Gəlişi bir dərd, gedişi bir dərd.
Əsas odur ki, bizim beynəlxalq təcrübəli futbol funksionerimiz var - Elxan FİFA!
Onun özünü tam futboldan sildikdən, tör-töküntü kadrlarını AFFA-dakı idarəetmə sistemindən təmizlədikdən sonra bəlkə onda bir gün gördük.
İLKİN FİKRƏTOĞLU

