“Bu, mənim üçün üstünlükdür” - Millinin yeni baş məşqçisi

17:40 Milli komanda 2 595
“Bu, mənim üçün üstünlükdür” - Millinin yeni baş məşqçisi

“Real danışaq, bu gün seçim imkanımız geniş deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna ilə üz-üzə gələcək.

A.Abbasov yığmanın düşərgəsinə çağırdığl futbolçular haqda aşağıdakıları söyləyib:

“Şamaxı”nın baş məşqçisi olduğum üçün Premyer Liqada mübarizə aparan komandaları rəqib kimi təhlil edərkən, yerli futbolçuları detallı şəkildə görürəm.

Bu, mənim üçün üstünlükdür. Heyəti müəyyən edərkən doğru seçim etməyə çalışdıq.

Meydana çıxacaq ilk “11-lik”? Bəli, ağlımda müəyyən heyət formalaşıb.

Adların təxminən 80-90 faizini müəyyənləşdirmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti