“Dünya çempionatının finalında rəqibin bizim üçün fərqi yoxdur”

1 İyun 03:20 Milli komanda 1 093
“Dünya çempionatının finalında rəqibin bizim üçün fərqi yoxdur”

“Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Möhtəşəm atmosfer yaratmışdılar”.

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan milli komandasının üzvü Xətai Bağırov dünya çempionatının 1/2 final mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandasınının əlindən gələni etdiyini söyləyib:

“Azərbaycan artıq finaldadır. Bu oyunu yaddan çıxararaq finala hazırlaşmalıyıq”.

Bağırov finalda qarşılaşacaqları Macarıstanın çətin rəqib olduğunu bildirib:

“Taktiki baxımdan Macarıstan millisi daha yaxşı görsənir. Rəqibin bizim üçün fərqi yoxdur. Artıq bir addım qalıb.

Əlimizdən gələni edərək çempionluğu qeyd etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 02:40 Azərbaycana gəlmədi