Millimizin oyunçusu: “Hər şey istədiyimiz kimi oldu”

3 İyun 02:10 Milli komanda 1 015
Millimizin oyunçusu: “Hər şey istədiyimiz kimi oldu”

“Bu qalibiyyətin davamını gətirmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Rəvan Kərimov deyib.

O, yığmanın Bakıda keçirilən dünya çempionatının qalibi olmasından danışıb. Kərimov bildirib ki, yarış kifayət qədər gərgin keçib:

“Öz ölkəmizdə azarkeşlərin önündə oynadığımız üçün böyük məsuliyyət hiss edirdik. Təbii ki, bütün oyunlara ciddi yanaşırdıq.

Ancaq ən çətin oyunumuz erkən final hesab edilən Rumıniya ilə qarşılaşma oldu.

Əvvəlcədən məqsədimiz çempion olmaq idi, hazırlıqlarımızı da buna əsasən qurmuşduq. Hər şey istədiyimiz kimi oldu”.

Azərbaycan yığması mundialın finalında Macarıstana 4:2 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti