“Gent”in bəyəndiyi, AFFA-nın laqeyd münasibət bəslədiyi azərbaycanlı futbolçu kimdir?

4 Noyabr 2023 22:20 Maraqlı 7 648
“Gent”in bəyəndiyi, AFFA-nın laqeyd münasibət bəslədiyi azərbaycanlı futbolçu kimdir?

Azərbaycanlı futbolçu Yusuf Mehtiyev bir müddət əvvəl Belçikada baxışda olub.

O, “Gent”in düşərgəsində olduğu müddətdə haqqında müsbət rəy yarada bilib.

Lakin 18 yaşı tamam olmayan forvardın Belçikada yaşaması üçün valideynlərindən ən azı birinin onunla adıçəkilən ölkədə yaşaması tələb olunub.

Valideynlərdən heç biri Yusufla Belçikaya yollana bilməyincə o da geri qayıtmalı olub.

Hücumçu 2006-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlib.

Valideynləri də əslən azərbaycanlı olan həmyerlimiz futbolun sirlərini "Rustavi"də öyrənməyə başlayıb.

İndi isə karyerasını qonşu ölkənin ən titullu klubu hesab olunan "Dinamo"nun (Tbilisi) akademiyasında davam etdirir.

O, Gürcüstanın U-17 millisinin şərəfin qoruyub.

Hazırda qonşu ölkənin ən istedadlı gənc hücumçularından sayılan Yusufa hələki AFFA yetəri qədər diqqət ayırmır.

Ki, milli komandalarımıza cəlb olunsun. Futbolçu özü də Azərbaycan yığmasında oynamaqda maraqlıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!