"Neftçi" ilə oyunu gözləmədən ayrıldı

17 İyul 2021 14:00 Maraqlı 757
"Neftçi" ilə oyunu gözləmədən ayrıldı

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubunun qapıçısı Joze Sanı transfer edib. Bu barədə "Vulverhempton"un rəsmi saytı məlumat yayıb. Bir neçə gün əvvəl əsas qapıçısı Rui Patrisionu “Roma”ya satan “Vulverhempton” onu həmyerlisi ilə əvəzləyib. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Joze Sa 2018-ci ildən “Olimpiakos”da çıxış edirdi.

"Olimpiakos" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!