Elxan Məmmədovun ÇİRKLİ VƏ QALMAQALLI BİZNESİ - YENİ

29 Noyabr 2018 15:00 Köşə 1 687
Elxan Məmmədovun ÇİRKLİ VƏ QALMAQALLI BİZNESİ - YENİ

Bu mövsüm Premyer Liqa, I Divizion və Region Liqasınn iştirakçılarının texniki təhcizatı ilə məşğul olan «KitPro» şirkəti artıq fəaliyyətini dayandırıb.

Bir günün içində yaradılan və bir həmlə ilə ölkənin futbol təsərrüfatına soxulan və bir zənglə monopolistə çevrilən bu firmanın tarixin yaddaşına köçməsi barədə 2 gün öncə oxucularımıza müfəssəl məlumat vermişik.

Onu da bildirmişdik ki, bu istiqamətdə araşdırmalarımız davam edir və digər məqamları da təhqiq etməkdəyik.

Redaksiyamıza bununla bağlı yeni məlumatlar daxil olub. Məsələ ondadı ki, «KitPro»nu yaradan Murad Nağıyevlə AFFA-nın baş katibi Elxan Məmmədov arasında ciddi mübahisə düşüb.

Birinci Londonda yaşayır, şirkətin gündəlik işləri ilə məşğul olmağı isə burdakı adamına – Anar bəy adlı şəxsə tapşırıb.

Tərəflər arasında işbirliyinə zərbə vuran da odu. Başqa sözlə, sözügedən icraçı Nağıyevin tapşırığı ilə aləmi bir-birinə vurub, çirkli işlər görüb.

Belə ki, o, AFFA-ya yaxınlığı ilə bilinən klub rəhbərləriylə tək-tək əlaqə yaradaraq, onlara şirkətin arxasında Elxan Məmmədovun dayandığını və «KitPro» ilə əməkdaşlıq etməli olduqlarını bildirib.

«KitPro»nun ofisinin Bakı Olimpiya Stadionunda yerləşməsini xatırlatmaq kifayət edib. Aydındı ki, BOS baş katbin kurasiyasındadı və arenanın direktoru Cavid Qarayev yaxın adamıdı. Bura AFFA-dan – marketinq qolundan gəlib.

Mümkün deyil ki, hansısa bir şirkət federasiya ilə razılığa gəlmədən burda özünə qərargah düzəltsin. Qarayev stadiondaxili həyat barədə Məmmədovu gündəlik məlmatlandırır və xüsusən «KitPro» kimi idmana bağlı firma BOS-da məskunlaşmaq istəyirsə, razılığı öncə ondan alır. Təsadüfi adamların burda nə işi var axı?

İlginc olayın ikinci tərəfi klubların bir-birinin ardınca şirkətlə əməkdaşlığa razılıq verməsi və yüksək maliyyə öhdəliklərini yerinə yetirməsi, hətta bəribaşdan ödəniş etməsidi. Baş katibin «Kitpro» ilə yaxınlığı olmasaydı, təbii ki, heç biri bunu etməzdi.

E.Məmmədov AFFA-da elə bir sistem qurub ki, hamı ona işləyir. Kim ayaqyoluna gedirsə, yenə də onluqdu: icazə almalı, icazə verməlidi. Burda isə külli miqdarda vəsaitin bir ünvana yönəldilməsindən və dövriyyəsindən danışırıq.

«KitPro» bir neçə dünya brendinin nümayəndəliyini alıb. «Macron», «Joma», «Umbro, «Nike», «Givova», «Nike», «Puma» kimi.

Şirkətin yaradılmasında, bildiyimizə görə, Kamil Məmmədovun - «moşennik» kimi tanınan şəxsin də iştirakı və əli olub. «Macron» və «Givova» İtaliya brendidi, onun isə bu bazarla tanışlığı çox, əlaqəsi sıxdı.

Vaxtilə «Kappa»nı Azərbaycana o gətirib və məşhurlaşdırıb. Hələ o zamandan qalmaqallarla yadda qalan K.Məmmədov baş katiblə M.Nağıyevi bir maraq ətrafında birləşdirib.

İtaliya şirkətlərinə məxsus məhsulların Azərbaycana gətirilməsi də ona tapşırılıb. Hansı ki, klubları ən çox narazı salan geyimlər məhz «Macron»dan gəlib.

Belə ki, adıçəkilən şirkət 1-2-ci kateqoriyalara daxil olan məhsul sifarişi alsa da, ən aşağı keyfiyyətli forma dəstlərini Azərbaycana göndərib. Bu azmış kimi, sifariş tam icra olunmayıb.

Yayda qışa aid geyimlər gönlərilibsə, yaxınlarda yay dövrünün formaları ünvana yetişib. Özü də göstərilən sayda yox. Bütün dəstlərə aid geyimlər istəniləndən və pulu ödəniləndən az göndərilib.

Hesablaşma zamanı yetişəndə baş katiblə M.Nağıyev kəllə-kəlləyə gəlib. Bu narazılığa klubların şikayəti əlavə olunca, AFFA bir-birinə dəyib.

E.Məmmədov daş atıb başını tutub ki, heç nədən xəbəri yoxdu və «KitPro»ya heç bir göstəriş vnrməyib. Ümumiyyətlə, həmişəki kimi yaxasını kənara çəkib.

Guya, Azərbaycanda yaşamır və London sakini olan Murad Nağıyev şəffaf keçirilən tenderlərdə qalib gəlib. İnanırsızmı buna?

Elxan Məmmədov olsun, belə gəlrli sahəni nəzarətindən buraxsın? Bir kibrit qutusuna göz dikən və ondan maraq güdən baş katib kimi tanıdıb özünü, amma görürsüz, o, yenə sudan quru çıxmağa çalışır.

Nəzarətindəki klublara adi xadimə belə, ondan iznsiz işə alınmır, yüzminlərlə pul dövr etdiyi sahənimi görməzdən gələcək? İnanılacaq şey deyil, qəti!

Qayıdaq Kamil Məmmədova. Nağıyevlə AMMK/»Olimpik» və «Standard»da çalışan bu şəxs onu baş katiblə tanış eləyib, ancaq sual yaranır ki, nədən «Kappa» «KitPro»nun brendləri arasında yer almayıb?

Bu, 2013-cü ildə İtaliya şirkəti ilə «Bakı» arasında yaranan problemlə əlaqədardı. Belə ki, paytaxt klubu həmin vaxt «Kappa» ilə müqavilə imzalasa da, üzərinə götürdüyü maliyyə öhdəliyinin yalnız 30 faizini yerinə yetirib, qalanına gücü çatmayıb.

Məhz bundan sonra ortalıqda qalan K.Məmmədov «Kappa» ilə problem yaşayıb. Sonuncu italyanlarla münasibətlərini yaxınlada bərpa etməyə müvəffəq olub.

Lakin E.Məmmədovla M.Nağıyevin pozuluşması «KitPro»nun bağlanmasıyla nəticələnib, yoxsa növbəti mövsümdə «Kappa»nın da şirkətləri brendləri siyahısına daxil edilməsi razılaşdırılmışdı.

Baş katibin «KitPro» ilə əlaqələrini sübut edən dahap bir dəlil Region Liqası iştirakçılarının «Givova» ilə pulsuz təminatıdı.

AFFA yarımhəvəskvar çempionatın 24 üzvünün hər birinə 25 dəst geyimlə yanaşı, 6 ədəd «Alof» topu hədiyyə edib. İşbirliyi olmayıbsa, federasiya həmin məhsulları hansı yolla əldə eləyib? Yəni deyirsiz ki, «Givova» AFFA-dan xoşu gəlib və pulsuz mal göndərib?

Axı italyanlar heç də axmağa və güzəştpərəstə oxşamır. Bu AFFA ilə sözügedən şirkət arasında sponsorluq razılaşmasının nəticəsidi ki, nə üçün indiyədək əməkdaşlıq haqda müqavilənin imzalanmasına dair indtyədək heç bir xəbər, yaxud açıqlama verilməyib? Yenə də burda «KitPro»nun quyruğu görünür.

Ümumiyyətlə, bu, «KitPro»nun AFFA-nın «krişa»lığı ilə gördüyü işlərin bir hissəsidi. İrəlidə milliylə bağlı gizli çalışmalardan və sövdələşmələrdən söz açacağıq. Bizi izləməkdə davam edin.

SPORTİNFO.AZ

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı