"Əlimdən gələn nə kömək varsa, edəcəm" - Əfran İsmayılov

25 Mart 2020 22:20 Şamaxı 943
"Əlimdən gələn nə kömək varsa, edəcəm" - Əfran İsmayılov

"Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a müsahibə verib

- Artıq iki həftədən artıq müddətdir ölkə çempionatı dayandırılıb, məşqlər keçirilmir. Fasilə müddətin necə keçirirsən?

- Günümü evdə keçirirəm. Arada çıxıb qaçıram, fərdi məşq edirəm.

- Virusla mübarizədə hansısa tədbrilər görürsənmi?

- Verilən tapşırıqlara uyğun hərəkət edirəm. Spirtdən, sabundan gündəlik daha çox istifadə etməyə çalışıram. Çox tünlük olan yerlərə getmirəm. Çalışıram elə edim ki, nə özümə, nə də ətrafımdakılara ziyan vurmayım.

- Bu qədər fasilədən sonra komandada fiziki və psixoloji durum necə olacaq?

- Çox çətin olacaq. Mən hələ belə fasilə görməmişdim. Nə qədər çətin olsa da hamımız bir olub bu vəziyyətdən çıxmalıyıq. Açığı, hazırda daha çox sağlamlığımızı düşünürəm. Birlikdən bu vəziyyətdən çıxmalıyıq. Sonra futbol haqqında düşünməyə, nələrisə düzəltməyə vaxtımız çox olacaq.

- Ölkə çempionatının hətta başa çatmamaq kimi ehtimalı var. Belə vəziyyətdə hazırkı turnir cədvəlinə görə, çempion və avrokuboklara gedəcək klublar təyin olunarsa, səncə, bu nə dərəcədə doğru olar?

- Belə qərarın bizim komanda üçün ziyanı olmaya bilər. Ancaq bizdən aşağıda olan klublar üçün bu haqsızlıq olar. Digər klublar düşünə bilər ki, biz də o yerə yüksələ bilərdik. Bu doğru qərar olmaz. Ancaq doğru qərarları rəhbərliklər bilər. İstənilən qərara hörmətlə yanaşmaq lazımdır.

- Əfran, koronavirusla bağlı yaranan fasilədə bəzi avropa ölkələrində klub rəhbərləri maaşları dondurmağı təklif edib. Belə bir hal "Keşlə"də olsa, bunu necə qarşılayarsan?

- Koronavirusla bağlı verilən istənilən qərara hörmətlə yanaşacam. Maaşımızın hansısa hissəsinin kəsilməsi və ya koronavirusla mübarizəyə ayrılması kimi qərar veriləs bunu anlayışla qarşılayacam.

- Bir neçə gün əvvəl ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübariziyə Dəstək Fondu yaradıldı. Artıq dünən "Qarabağ" klubunun baş məşqçisi və futbolçularının da bu fonda dəstək olduqları açıqlandı. "Keşlə"də də belə bir fikir varmı?

- Hələ ki, belə bir şey bizə deyilməyib. Ancaq dəstək olmağa hazıram. Həqiqətən, baxıram ki, polislərimiz, həkimlərimiz, bir sözlə, bütün ölkə rəhbərliyi çox əziyyət çəkir. Mən də o insanların bir parçası olmağa hazıram. Əlimdən gələn nə kömək varsa, edəcəm.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!