Tərlan Əhmədovdan KƏSKİN İRADLAR – Məsul şəxsi suçladı

4 Fevral 2023 20:40 Kəpəz 1 563
Tərlan Əhmədovdan KƏSKİN İRADLAR – Məsul şəxsi suçladı

Gəncədə keçirilən “Kəpəz” – “Qarabağ” görüşündə (1:1) gərgin anlar yaşanıb.

Oyunun sürəti və gərginliyi əksər epizodlarda sərt və kobud oyuna səbəb olub ki, belədə əsas yük hakimlərin üzərinə düşüb.

Meydandakı əsas söz sahibi Rauf Cabbarov ağdamlıların qapısına təyin etdiyi penaltini VAR-dan gələn siqnaldan sonra ləğv edib.

Lakin referinin bunaqədərki bəzi qərarları “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov tərəfindən kəskin etirazla qarşılanmışdı.

Əksər epizodlarda Cabbarovun qərarı ilə razılaşmayan təcrübəli mütəxəssisin “VAR-ı yığışdırın, nəyə lazımdır” qışqırtısı tribunalara eşidilib. Ardınca oyunun məsul şəxsinə səslənib: “İnspektor hara baxır?”.

Maraqlıdır ki, Əhmədovun bu cür etirazlarını dördüncü hakimlə yan xətt hakimi eşitsə də, heç bir şəkildə reaksiya verməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada