Ölkəmizdə bu federasiya "Qaynar Xətt"i istifadəyə verdi

03:30 Karate 99
Ölkəmizdə bu federasiya "Qaynar Xətt"i istifadəyə verdi

Azərbaycan Karate Federasiyasında Qaynar Xətt xidməti istifadəyə verilib.

Federasiyasında "Qaynar Xətt" fəaliyyətə başladı məqsəd şəffaflığın təmin olunması, etik davranış prinsiplərinin qorunması və neqativ halların qarşısının alınmasından ibarətdir.

Qaynar Xətt vasitəsilə bir sıra məsələlər üzrə müraciətlərin qəbul olunması nəzərdə tutulur:

• Qeyri-qanuni fəaliyyətlərlə bağlı məlumatlar;
• Sənəd, diplom və digər rəsmi sənədlərin qanunsuz verilməsi halları;
• Məşqçilər və idmançılar arasında etik davranış normalarının pozulması;
• Haqsızlıq, ayrı-seçkilik və sui-istifadə hallarına dair məlumatlar;
• Digər bu qəbildən olan şikayət və təkliflər.

Qaynar Xəttə daxil olan bütün müraciətlər anonim əsasda qəbul olunur və müraciət edən şəxsin kimliyi tam məxfi saxlanılır.

Digər Xəbərlər
Xəbər Lenti