Ağayev təlimatçı olacaq

12 May 03:20 Karate 388
Ağayev təlimatçı olacaq

Azərbaycanın ən titullu karateçisi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev 2025-ci il iyulun 22-29-da Soçidə keçiriləcək karate üzrə "Russia Open 2.0" beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, beşqat dünya çempionu və on birqat Avropa çempionu toplanışda kumite üzrə təlimatçı kimi fəaliyyət göstərəcək.

İştirakçılar arasında keçirilən səsvermədə Ağayevin adı daha çox çəkilib və nəticədə o, tədbirə dəvət olunub.

Hazırda Ağayev idman karyerasını davam etdirir və 5-0 göstəricisinə malik olduğu "Karate Combat" liqasında yarımorta çəkinin çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!