“Neftçi”nin təmsilçiləri medalları “süpürüb” apardı - FOTO

10 Aprel 2025 03:00 Karate 643
“Neftçi”nin təmsilçiləri medalları “süpürüb” apardı - FOTO

Bakıda karate üzrə beynəlxalq Qran-pri turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda 14 ölkəni təmsil edən 1200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

“Neftçi” İdman Klubunun yetirmələri yarışın 15 medalına (3 qızıl, 5 gümüş, 7 bürünc) sahib olublar.

Karateçilərdən qızlar arasında Yağmur Məmmədova (20 kq), oğlanlardan isə Rza Cəbiyev (25 kq) və Elnur Quliyev (60 kq) bütün döyüşlərdən qalib ayrılaraq turnirin qalibi adını qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti