İtaliyan klubunda 3 yeni yoluxma

17 Oktyabr 2020 18:06 İtaliya 458
İtaliyan klubunda 3 yeni yoluxma

İtaliyanın “Torino” klubunun U-23 komandasının 6 üzvündə koronavirus aşkarlandığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, klubda daha üç nəfər koronavirusa yoluxub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əsas komandanın bir futbolçusu və klubun iki üzvünün koronavirus testi pozitiv nəticələnib.

Onların adı açıqlanmayıb və həmin şəxslər karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti