"Napoli" Cengiz Ündərin transferini 22 milyona bitirir

2 İyul 2020 11:06 İtaliya 697
"Napoli" Cengiz Ündərin transferini 22 milyona bitirir

"Napoli" "Roma"nın yarımmüdafiəçsii Cengiz Ünderi transfer etmək üzrədir.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı futbolçu üçün 20 milyon avro və müdafiəçisi Kevin Malkotu təklif edib.

Nəşrin məlumatına görə, paytaxt təmsilçisi bu təklifə müsbət yanaşıb. Transfer baş tutsa, türk futbolçu "Napoli" ilə 5 illik müqavilə bağlayacaq və mövsüm ərzində 3 milyon avro maaş alacaq.

"Roma" "Napoli"dən alacağı təzminatın 20 faizini müqavilənin detallarına əsasən, Cengizin keçmiş komandası "Başakşəhər"ə ödəyəcək.

Türkiyə millisinin üzvünün İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-u bitəcək. O, bu mövsüm 21 oyunda 3 qol vurub. "Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”