5 illik müqavilə və illik 7 milyon avro maaş təklif etdi

25 Fevral 2020 11:06 İtaliya 839
5 illik müqavilə və illik 7 milyon avro maaş təklif etdi

“Barselona” yay transfer dönəmində hücumçu almaq istəyir.

Sportinfo.az xəbər verir ki, katalonlar "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir addım atıb.

Klub argentinalı futbolçuya 5 illik müqavilə və illik 7 milyon avro maaş təklif edib. "İnter"in bu təklifə hansı reaksiya verəcəyi bəlli deyil.

22 yaşlı futbolçu bu mövsüm 30 oyunda 16 qol vurub. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib.

Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti