“Yuventus”dan “Borussiya”ya 25 milyon avroluq transfer

19 Fevral 2020 01:06 İtaliya 936
“Yuventus”dan “Borussiya”ya 25 milyon avroluq transfer

“Borussiya” “Yuventus”dan icarəyə götürdüyü Emre Canın transfer hüquqlarını da alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türk əsilli almaniyalı futbolçu “Borussiya” tərəfindən bu qış icarəyə götürülmüşdü. Amma bu ilin iyul ayının 1-də dortmundlular 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayacaqlar.

Klubdan verilən məlumata görə, artıq bu transferlə bağlı “Yuventus”la razılığa gəliblər. Turin təmsilçisi də bu transferi rəsmi saytı vasitəsilə təsdiqləyib. İtaliya klubu hətta “Borussiya”nın Cana görə onlara 25 milyon avro ödəyəcəyini də açıqlayıb.

“Bavariya”nın yetirməsi olan Emre Can, “Bayer” və “Liverpul”da da çıxış edib. O, həm də Almaniya yığmasının şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?