Sərdarı havayı əldə etməyin yolu - “Milan”a göstərdilər

9 Sentyabr 2021 15:40 İtaliya 830
Sərdarı havayı əldə etməyin yolu - “Milan”a göstərdilər

“Milan” “Zenit”in hücumçusu Sərdar Azmunla ciddi maraqlanır.

Sportinfo.az xəbər verir ki, iranlı futbolçunun agenti Fali Ramadani “Milan” rəhbərliyi ilə əlaqə saxlayaraq müştərisini havayı əldə etməyin yolunu göstərib.

O bildirib ki, Azmun gələn ilin yayında azad agent statusunda olacaq və böyük ehtimalla, o vaxta qədər “Zenit”lə müqaviləni yeniləməyəcək. “Milan” məhz gələn ilin yayında futbolçunu havayı transfer edə bilər.

Məlumata görə, klub rəhbərliyi bu planı qəbul edib. Onlar yanvar ayından sonra müqavilə şərtlərini razılaşdırmaq üçün futbolçu ilə danışıqlara başlayacaqlar.

Onu da qeyd edək ki, İtaliyanın daha bir klubu – “Roma” da Sərdarla maraqlanır. Onlar da futbolçunu gələn ilin yayında – havayı əldə etmək istəyirlər.

Məlumata görə, Azmun “Roma”da oynamağın əleyhinə olmayıb. Amma “Milan” variantı yaranandan sonra onun fikrini dəyişə biləcəyi də ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!